Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando istefa verib.
ONA TASS-a istinadən xəbər verir ki, istefaya onun ünvanına ictimaiyyət və ölkə rəhbərliyi tərəfindən səsləndirilən tənqidlərin səbəb olduğu deyilir.
Bildirilir ki, bundan əvvəl Şri-Lanka prezidenti Maytripala Sirisena Hemasiri Fernandodan tutduğu vəzifəni öz istəyi ilə tərk etməsini xahiş etmişdi.
Bəzi Şri-Lanka mediasının yaydığı məlumata əsasən hazırlanan hücumlar haqqında hökumətin öncədən məlumatlandırılmasına baxmayaraq H.Fernando bunun qarşısını ala bilməyib.
Qeyd edək ki, Şri-Lankada müdafiə naziri vəzifəsini ölkə prezidenti daşıyır.
Aprelin 21-də Şri-Lankada 8 terror hücumu olub. Nəticədə 359 nəfər həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.