Şri-Lankada daha iki partlayış törədilib - [color=red]YENİLƏNİB[/color]
  • DÜNYA

  • 13:22 21 Aprel 2019

Şri-Lankada daha iki partlayış törədilib - YENİLƏNİB

Şri-Lankada gün ərzində səkkizinci dəfə partlayış törədilib.

ONA-nın xəbərinə görə, bu barədə yerli mətbuat polisə istinadən məlumat yayıb.

Partlayış paytaxt Kolombo yaxınlığındakı Demataqoda qəsəbəsində yaşayış kompleksində baş verib.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir. 

 ***

saat 13.06

Bu gün Şri-Lankada gün ərzində yeddinci dəfə partlayış törədilib.

ONA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Partlayış paytaxtda zoopark yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 85 nəfər ölüb. Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bu gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.

 

Ramiz Mikayıloğlu

Teqlər: Şri-Lanka partlayış bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR