Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.
ONA-nın məlumatına görə, Xarş de Silva bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazir hazırda xilasetmə əməliyyatlarının aparıldığını bildirib.
Qeyd edək ki, bu gün paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 52 nəfər ölüb.