Şri-Lanka polisi aprelin 21-də törədilən partlayışlarla əlaqədar daha 2 nəfəri saxlayıb.
ONA-nın "Newsfirst" portalına istinadən verdiyi məlumata görə, saxlanılan şübhəli şəxslər Məhəmməd Sadiq Əbdül-Haq və Məhəmməd Şahid Əbdul-Haqdır.
Ümumilikdə, polis indiyə qədər hadisə ilə əlaqədar şübhəli şəxs qismində 100-ə yaxın insanı saxlayıb.
Qeyd edək ki, aprelin 21-də Şri-Lankada terror aktları törədilib. Paytaxt Kolombo, o cümlədən Neqombo və Battikaloa şəhərlərində 8 partlayış törədilib, 250 nəfər ölüb.