Şri-Lankada törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 321-ə çatıb.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın kütləvi informasiya vasitələri naziri Ruvan Vicervardene parlamentdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, 521 nəfər müxtəlif xəsarətlər alıb.