• DÜNYA

    07:23 27 aprel 2019

Şri-Lankada terrorçuların izinə düşən polisə silahla qarşılıq verilib, ölənlər var

Şri-Lankanın şərqində evlərin birində 15 nəfərin cansız bədəni aşkarlanıb. Onların arasında 3 qadın və 6 uşaq da var.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” ölkənin hərbi xidmətinə istinadən məlumat yayıb.

Hadisənin təfərrüatları barədə hər hansı məlumat yoxdur. Ancaq ehtimal olunur ki, həmin şəxslər ötən gün törədilmiş 3 partlayış zamanı ölüb.

Bundan bir qədər əvvəl verilən məlumatda qeyd olunub ki, aprelin 26-da polis və milli ordu qüvvələrinin terrorçuların ələ keçirilməsi istiqamətində apardığı reyd zamanı naməlum silahlılarla onların arasında toqquşma olub. Nəticədə iki hərbi qulluqçu və bir dinc sakin ölüb, daha üç nəfər yaralanıb.

Silahlı insident ölkənin şərqindəki Kalmunay şəhərində olub. Ölkə rəhbərliyi bölgədə bütün evlərin axtarılması göstərişini verib.

“Frans Press” agentliyinin yazdığına görə, reyd zamanı, həmçinin İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən iki silahlı şəxs məhv edilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR