Şri-Lankada törədilmiş terror hücumları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb. Daha 480 nəfər yaralının olduğu bildirilir.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Buna qədər 290 nəfərin öldüyü, təxminən 500 nəfərin də yaralandığı məlum idi.
Şri-Lanka hakimiyyəti 23 aprel tarixini ölkədə matəm günü elan edib.