NATO baş katibi Yens Stoltenberq Rusiyanın orta və kiçik mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmadan çıxmasına münasibət bildirib.
ONA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq Varşavada Polşa, Çexiya və Macarıstanın NATO-ya qəbul edilməsinin 20 illiyi ilə bağlı keçirilən bayram tədbirində çıxışında deyib ki, Alyans Rusiyanın razılaşmaya əməl etməməsinə “birgə və balanslı” cavab verəcək.
NATO baş katibi Moskvanı razılaşmaya əməl etməyə çağırıb: “Ancaq biz orta və kiçik mənzilli raketlərin ləğvi ilə bağlı razılaşma olmadan da sülhə hazır olmalıyıq. Rusiyanın razılaşmadan çıxmasına baxmayaraq, NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək”.