• DÜNYA

    12:40 4 aprel 2019

Stoltenberq: "NATO Latın Amerikası ölkələri ilə tərəfdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır"

"NATO Latın Amerikası ölkələri ilə tərəfdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır".

ONA xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Reuters”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, belə münasibətlər həm alyans, həm də tərəfdaş ölkə üçün sərfəlidir. O, vurğulayıb ki, tərəfdaşlıq NATO və alyansa daxil olmayan ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün yaxşı imkandır.

Y.Stoltenberq Braziliya kimi ölkələrin alyansa üzv olma ehtimalının olmadığını desə də onlarla tərəfdaşlığın mümkün olduğunu vurğulayıb: “Braziliya bununla bağlı sorğu verməlidir. Biz bu məsələni Kolumbiya ilə razılaşdırmışıq və bu ölkə NATO-nun yaxın tərəfdaşına çevrilib. Təbii ki, Latın Amerikasında daha çox tərəfdaşımız ola bilər, amma bunun üçün həmin ölkələrin öz istəyi olmalıdır. Həmçinin bu məsələ təşkilatın 29 üzvü arasında müzakirə edilməlidir”.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR