Sudan ordusu dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılan prezident Ömər əl-Bəşiri Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyəcək.
ONA “TASS”a istinadən xəbər verir ki, bu barədə Sudan Hərbi Şurasının Siyası Komitəsinin rəhbəri general Ömər Zeyn əl-Abidin Xartumdə keçirdiyi mətbuat konfransında deyib.
Ömər Zeyn əl-Abidin Ömər əl-Bəşirin əllərində olduğunu bildirib.
Onun sözlərinə görə, nə əl-Bəşir, nə də ölkənin hər hansı vətəndaşı xarici strukturlara təhvil verilməyəcək.