• DÜNYA

    08:15 16 may 2019

Sudan polisi “Sputnik”in müxbirinə ağır xəsarət yetirib

“Sputnik” informasiya agentliyinin müxbiri Məhəmməd əl Fatehə Sudanın paytaxtı Hartumda hərbi polis tərəfindən ağır xəsarət yetirilib.

ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, polislər müxbirin baş və bədən nahiyəsinə rezin dəyənəklərlə zərbələr endiriblər.

Məhəmməd əl Fateh bildirib ki, hadisə polisin nümayişçilərin Nimr körpüsündə qurduqları barrikadaları dağıdan zaman baş verib.

Jurnalistin səhhəti barədə əlavə məlumat verilməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR