• DÜNYA

    11:01 24 fevral 2019

Sudan prezidenti birinci vitse-prezident və baş nazır təyin edib

Sudan Respublikasının prezidenti Ömər əl-Bəşir birinci vitse-prezident və yeni baş nazir təyin edib.

ONA xəbər verir ki, bu barədə “Arab News” saytı məlumat yayıb. Ömər əl-Bəşir Gəzirə ştatının keçmiş başçısı Məhəmməd Tahir Ayalanı baş nazir, hazırda müdafiə naziri olan Avad Məhəmməd Əhməd ibn Aufu isə eyni zamanda vitse-prezident təyin edib.

Qeyd edək, bundan öncə Ömər əl-Bəşir ölkədə bir illik fövqəladə vəziyyət elan edərək, hökuməti istefaya göndərib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR