Sudan prezidenti Ömər əl-Bəşir ölkədə bir illik fövqəladə vəziyyət elan edib.
ONA BBC-yə istinadən xəbər verir ki, dövlət başçısı bunu xalqa televiziya müraciətində prezident bildirib.
Prezident eyni zamanda federal hökuməti buraxdığını və bütün dövlət işçilərini işdən azad etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Sudanın Milli Təhlükəsizlik və Kəşfiyyat Xidməti Ömər əl-Bəşirin istefa verəcəyini bildirmişdi.