Sudanın paytaxtı Xartum şəhərində yerləşən prezident sarayında yanğın baş verib.
ONA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Al-Hadath" telekanalı məlumat yayb.
Məlumata görə, yanğına səbəb elektrik xətlərindəki qısaqapanma olub. Yanğının qarşısı mühafizəçilər tərəfindən alınıb, xəsarət alan olmayıb.
Bildirilir ki, hadisənin baş verdiyi prezident iqamətgahının böyük hissəsi istifadə edilmirmiş.