Sudanın Keçid Hərbi Şurası ölkədə fövqəladə vəziyyət rejimini ləğv edib.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Hərbi Şuranın rəhbəri Abdel Fəttah əl-Burhan bu gün Sudanda komendant saatının ləğv edildiyini bildirib və xalqı gündəlik həyata qayıtmağa çağırıb.
Qeyd edək ki, aprelin 11-də Sudan prezidenti Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində devrilib.