Sudanın cənubundakı Ağ Nil əyalətində magistral yolda iki şəhərlərarası sərnişin avtobusu toqquşub.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 15 nəfər ölüb, 22 nəfər yaralanıb.
Avtobuslardan biri Xartumdan əyalətin ən böyük şəhəri olan Kosti şəhərinə, digəri isə əks istiqamətdə hərəkət edirmiş Polisin dediyinə görə, qəza sürət həddinin həddən artıq çox olması və sürücülərdən birinin ötmə zamanı qaydaları pozması nəticəsində baş verib.
Qeyd edək ki, Sudan yol infrastrukturunun bərbad olması, yol təhlükəsizliyinin aşağı olması və sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi səbəbindən yol ölümlərinin yüksək hesab edilən ölkələrdən biridir.