• DÜNYA

    02:05 4 iyun 2019

Sudanda nümayişçilərə hücum nəticəsində ölənlərin sayı artıb

Sudanın paytaxtında təhlükəsizlik qüvvələrinin nümayişçilərin düşərgəsinə hücumu nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı Həkimlər Komitəsinin nümayəndələri verib.

Bildirilir ki, bütün məlumatlar toplanmadığı üçün ölənlərin sayının artacağı istisna deyil.

Buna qədər hücum nəticəsində 14 nəfərin öldüyü deyilirdi. Öz növbəsində Sudanın hərbi qüvvələri bu məlumatı təkzib etmişdi.

Ölkənin baş prokurorluğu Xartumda baş vermiş insidentin bütün təfərrüatlarını araşdırmağa başlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR