Sudanın müdafiə naziri Avad ben Auf hökumətin və regional hakimiyyətlərin buraxıldığını bəyan edib.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə nazirin Sudan dövlət kanalı vasitəsi ilə yayımlanan müraciətində deyilir. O ölkə prezidenti Ömər Əl-Bəşirin saxlandığını bildirərək ölkədə 3 aylıq fövqəladə vəziyyətin elan olunduğunu açıqlayıb. Nazir ölkədəki bütün silahlı birləşmələri ordu sıralarına qoşulmağa çağırıb.