Türkiyənin daxili işlər naziri Süleyman Soylu MHP lideri Dövlət Baxçalının İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilməsi təklifini dəstəkləyib.
ONA-nın Türkiyə mediasına istinadən xəbərinə görə, nazir yalnız bu yolla bütün mübahisələrə son qoyula biləcəyini söyləyib.
Onun dediyinə görə, martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri uzun müddət müzakirə olunacaq: “Bu seçkilər həm də bir səsin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi”.