Suriyanın artilleriya qüvvələri Hələbin cənubunda və qərbində yerləşən silahlı qruplaşmaların bir çox mövqelərinə zərbələr endirib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə "Al Ekhbariya" telekanalı məlumat yayıb.
Bildirilir ki, zərbələrin hədəfi Həmra və Xalsa zirvələri, həmçinin terrorçuların Suriya əhalisini müntəzəm atəşə tutduğu Rəşidin-5 mikrorayonu olub.
Məlumata görə, Suriya hərbçiləri mayın 6-da “Cəbhat ən-Nüsrə” terror qruplaşmasının döyüşçülərini Həma əyalətindən sıxışdırb.