"Qanunsuz şəkildə Suriyada mövcud olan Böyük Britaniya, ABŞ, Türkiyə və Fransa qoşunlarının çıxarılması ölkə ərazisində baş verən hərbi cinayətlərin dayandırılmasını təmin edəcək".
ONA xəbər verir ki, bu barədə Suriya müdafiə nazirinin müavini Mahmud Şava VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“Biz torpaqlarımızda qanunsuz şəkildə yerləşdirilmiş xarici qoşunların ölkəni tərk etməsini və beynəlxalq koalisiyanın buraxılmasını tələb edirik”, - deyə M.Şava qeyd edib.
O, vurğulayıb ki, bütün siyasi məsələlər heç bir xarici müdaxilə olmadan suriyalılar tərəfindən həll edilməlidir.