Suriya ordusu “Cəbhət ən-Nüsrə” terrorçu qruplaşmasının mövqelərinə cavab zərbələri endirib.
ONA-nın RİA "Novosti”ya istinadən yaydığı xəbərinə görə, Suriya ordusunun dəqiq artilleriya və raket zərbələrindən sonra yaraqlılar arasında ölən və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, terrorçular atəşkəs rejimini hər gün pozur, minaatan və raket qurğularından Hama və Latakiyanı atəşə tuturlar.