• DÜNYA

    20:40 8 sentyabr 2019

Suriya qoşunları Hama əyalətindəki Türk müşahidə postunu atəşə tutub

Suriya ordusu bazar günü Hama əyalətinin şimalındakı Türk qoşunlarının müşahidə postunu atəşə tutdu.

APA-nın verdiyi xəbərə görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Şir-Magar bölgəsindəki türk qoşunlarının postu və düşərgəsi yaxınlığında mərmi partladılıb. Ölən və yaralananlar yoxdur.

Qeyd edək ki, bu il avqustun 19-da və 28-də də analoji hadisə Hələbin cənub-qərbindəki Rəşidin bölgəsində, eləcə də Hama və İdlib əyalətlərinin sərhəddindəki Morik şəhərində baş vermişdi.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR