Bu ölkələrə heç kim Suriyanın bərpasında iştirak etmək üçün dəvət göndərməyib. Onlar özləri koalisiya şəklində suriyalılara qarşı hərbi cinayət törədiblər.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Xarici İşlər Nazirliyinin ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın birgə bəyanatına cavabında deyilir.
Qeyd edək ki, ABŞ, Fransa, Almaniya, və Böyük Britaniya martın 15-də ərəb ölkəsindəki konfliktin 8-ci ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edərək, orada “əsl siyasi nizamlanma” yaranmadığı müddətdə Suriyanın bərpasında iştirak etməyəcəklərini bildiriblər.
Suriya XİN bu bəyanatı “yalanların tarixi sübutu, ikiüzlülük və saxtakarlıq” adlandırıb.
“Bu ölkələr ancaq məhv ediblər və heç vaxt bərpa işlərində maraqlı olmayıblar, onları bunun üçün bura dəvət edən də olmayıb. Onlar hərbi cinayətlər törətməklə ölkənin daxili işlərinə qarışıblar”, - XİN-in açıqlamasında belə deyilir.