• DÜNYA

    03:34 26 mart 2019

Suriya XİN Donald Trampın Qolan yüksəklikləri haqqında qərarını tənqid edib

Rəsmi Dəməşq ABŞ prezidenti Donald Trampın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıması haqqında qərarını Suriyanın suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar hücum kimi qiymətləndirir.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “SANA” agentliyi Suriya XİN-ə istinadən məlumat yayıb.

“Suriya Ərəb Respublikasının suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar hücumla ABŞ prezidenti işğal olunmuş Suriyanın Qolan təpəliklərinin İsrail ərazisinə birləşdirilməsini təqdiqləyib. Donald Trampın başqasının ərazisini zor gücü ilə almağa və işğalı qanuniləşdirməyə haqqı yoxdur”, - agentliyin məlumatına görə, məlumatda belə qeyd olunur.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR