• DÜNYA

    01:05 24 mart 2019

Suriyada 21 sakin terrorçuların atdığı atəş nəticəsində qazdan zəhərlənib

Suriyada terrorçuların açdığı atəş nəticəsində 21 nəfər qazdan zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

ONA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə Həma əyalətinin Skalbiya şəhərində baş verib.

"Skalbiya şəhər xəstəxanasının baş həkimi bildirib ki, 21 nəfər qazdan boğulma əlamətləri ilə xəstəxanaya müraciət edib. Onlar terrorçu qruplaşmaların atdığı mərmilərdən sonra zəhərləniblər", - yerli "Ikhbariya" telekanalı belə deyib.

Qeyd edək ki, terrorçular müntəzəm olaraq minaatanlarla və raketlərlə Həma əyalətinin şimalını, eləcə də Latakiya bölgəsini atəşə tutur.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR