• DÜNYA

    01:35 3 iyun 2019

Suriyada avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 7 nəfər ölüb

Suriyanın şimal-şərq hissəsindəki güclü partlayış baş verib.

ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində ən azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə Türkiyə ilə sərhəd ərazidə - Azəz şəhərində qeydə alınıb.

Hələlik heç bir terror qruplaşma baş vermiş partlayışa görə məsuliyyət öz üzərinə götürməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR