• DÜNYA

    05:45 16 iyun 2019

Suriyada iki güclü partlayış olub

Suriyanın paytaxtı Dəməşq şəhərinin qərbində ardıcıl iki partlayış baş verib.

ONA xəbər verir ki, bu barədə “Intel Sky & Air” nəşri “Twitter” vasitəsilə məlumat yayıb.

Bildirilir ki, ilk güclü partlayış yerli vaxtla saat 18:30-da Dəməşqdə qeydə alınıb. İlkin məlumata görə, partlayış hərbi ərazidə baş verib. Bundan 10 dəqiqə sonra isə ikinci partlayış səsi eşidilib.

“Çox güman ki, bu, Dəməşqdə məhv edilən silah anbarı idi”, - deyə nəşr bildirib.

Bəzi məlumatlarda qeyd olunur ki, partlayışın səbəbi otlaqlarda müşahidə edilən yanğın olub. Yanğın genişlənərək artilleriya sursatlarının saxlanıldığı anbara qədər çatıb.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR