Suriyanın Deyr-əz-Zor vilayətində mina partlayışı zamanı azı 4 nəfər ölüb, 36 nəfər yaralanıb.
ONA-nın “RT”-yə istinadən yaydığı xəbərinə görə, hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Öncə Rusiya generalı Viktor Kupçişin terrorçuların Hələb və Latakiya əyalətlərində bir sıra yaşayış məntəqəsini atəşə tutduqları haqda məlumat verib.