• DÜNYA

    03:28 8 noyabr 2019

Suriyada neft emalı zavodunda partlayış zamanı işçi ölüb, mühəndis yaralanıb


Suriyanın Liman şəhəri olan Banyasda (Tartusdan 35 km şimalda) neft emalı zavodunda partlayış baş verib.

APA TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində zavodun bir işçini ölüb.

Suriya Neft və mineral ehtiyatlar naziri Əli Qanim bildirib ki, partlayış təmir işləri aparılarkən baş verib: "Partlayış nəticəsində zavodun işçisi İmad Hamza ölüb, müəssisənin mühəndisi Hüsam Həsan isə yaralanıb".

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR