Suriyanın dövlət televiziyası “al-Mayadeen” Dəməşq ətrafına və Homs şəhərinə hava hücumunun olduğu barədə məlumat yayıb.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, endirilən üç raket Dəməş səmasında vurulub.
Raket zərbələri Moskva vaxtı ilə saat 0.30 radələrində endirilib.
Eyni vaxtda Livanın cənubunda İsrailə məxsus qırıcıların uçuşları da müşahidə edildiyi bildirilir.
Suriya hərbi mənbələrin qeyd edib ki, İsrail hava qüvvələri tərəfindən Dəməşq və Homsa hava zərbələri endirilib: " Dəməşqətrafı və Homsda Suriyada hava qüvvələrinin mövqeləri İsrail hərbi təyyarələri tərəfindən raket hücumuna məruz qalıb".
Rusiyanın "TASS" agentliyi isə məlumat yayıb ki, hava hücumu zamanı 4 nəfər ölüb, 21 nəfər isə yaralanıb. Ölənlərdən birinin uşaq olduğu deyilir.
İsrail ordusunun rəhbərliyi məlum hücumla bağlı açıqlama verməkdən imtina edib.