• DÜNYA

    06:18 8 mart 2021

Suriyada terror hadisəsi nəticəsində 18 nəfər ölüb, 3 nəfər yaralanıb

Suriyanın Hama əyalətinin şərqində terrorçular tərəfindən mina yüklənmiş iki avtomobil partladılıb.

APA SANA agentliyinə istinadən xəbər verir ki, terror hadisəsi zamanı azı 18 nəfər ölüb, üç nəfər yaralanıb.

Partlayış Əs-Salamiya şəhəri yaxınlığında Vadi al-Azib bölgəsində baş verib.

Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən davam edir. 2017-ci ilin sonunda Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı qələbə elan edilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR