Suriyanın Deyr-əz-Zor vilayətinin Deblan qəsəbəsində terrorçuların quraşdırdığı minanın partlaması nəticəsində azı 7 yeniyetmə ölüb.
ONA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Məlumata görə, insident kənd təsərrüfatı işləri zamanı baş verib. Partlayış zamanı yaralıların olduğu deyilsə də, onların sayı məlum deyil.