• DÜNYA

    03:40 8 iyul 2020

Suriyanın şimalındakı Tel-Abyad şəhərində terror hücumu olub: 6 ölü, 7 yaralı var

Suriyanın şimalında müxaliflərin nəzarətində olan, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən həyata keçirilən “Barış bulağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən Tel-Abyad şəhərinin mərkəzində partlayış baş verib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, avtomobilə quraşdırılmış partlayıcının partladılması nəticəsində 3-ü uşaq olmaqla 6 dinc sakin ölüb, 7-si isə yaralanıb. Məlumata görə, yaralılardan vəziyyəti ağır olan 4 nəfər Türkiyə xəstəxanalarına yerləşdirilib.

İnsident baş verən ərazidə müayinələr aparan yerli təhlükəsizlik qüvvələri partlayışın YPG/PKK terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir. Bölgədə təhlükəsizlik tədbirlərini artıran güc strukturları bomba quraşdırıldığı ehtimal edilən başqa bir avtomobilin izinə düşüb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR