700-dən çox suriyalı ötən sutka ərzində Livandan və İordaniyadan ölkəsinə qayıdıb.
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Münaqişə tərəflərinin barışığı və qaçqınların yerdəyişməsinə nəzarət üzrə Rusiya Mərkəzinin informasiya bülletenində deyilir.
Bildirirlir ki, ötən sutka ərzində Livandan 212 nəfər, İordaniyadan isə 558 nəfər Suriyaya qayıdıb.