Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
ONA “Vesti Kavkaza”-a istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin bu gün imzaladığı sərəncamda deyilir.
Sərəncama əsasən, 40-dan çox Rusiya hava limanının adı dəyişdirilib.
Qeyd edək ki, Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib. O, Sosialist Əmək Qəhrəmanı adını daşıyır. 1978-ci ildən 1987-ci ilə qədər F.Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik edib. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləyib.