"Gürcüstan Avropa İttifaqına inteqrasiya yolunda Böyük Britaniyanın Aİ-dən çıxmasından istifadə etməlidir".
ONA “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
“Biz yaranan vəziyyətə fayda götürə biləcəyimiz istiqamətdən baxırıq. Avropa həmişə ciddi böhranlar sayəsində inkişafa nail olub”, - deyə S.Zurabişvili qeyd edib. O hesab edir ki, Gürcüstan "Brexit" nəticəsində yarana biləcək imkandan istifadə etməlidir.
Prezidenti həmçinin Gürcüstanın NATO-ya inteqrasiyası məsələsinə də toxunaraq ölkənin buna tam hazır olduğunu bildirib: “Əgər bizə üzvlük üzrə fəaliyyət planı verilsəydi, hər kəs anlayır ki, biz bir neçə aya hazır olardıq”.