Taekvondoçularımız Ammanda qızıl medal qazandı
  • DÜNYA

  • 23:23 26 İyul 2019

Taekvondoçularımız Ammanda qızıl medal qazandı


Azərbaycanın taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.
APA -nın məlumatına görə, “Qəbələ” İdman Klubunun üzvü İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib.
O, bu gün start götürən G1 kateqoriyalı “El-Hassan Cup” turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub. Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib. Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, “Prince Hamzah Hall”da keçirilən və 883 taekvondoçunun qatıldığı yarış üç gün davam edəcək.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR