• DÜNYA

    06:30 24 mart 2019

Tailandda 2011-ci ildən bəri ilk parlament seçkiləri keçirilir

Tailandda 2011-ci ildən bəri ilk dəfə seçki məntəqələri parlament seçkiləri üçün seçicilərin üzünə açılıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə 350 seçki dairələrində keçiriləcək.

Milli Seçki Komissiyasının açıqlamasına görə, səsvermədə Tailand krallığının 69,04 milyon əhalisindən 51,4 milyonu iştirak edəcək.

Seçkilərdə 2800-dən çox namizəd Tailand parlamentinin aşağı palatasına ayrılmış 500 deputat mandatı üçün iştirak edir. Onlardan 350 yer seçki dairələri üzrə, 150 yer isə partiya siyahıları üzrə nəzərdə tutulub.

44 partiyanı təmsil edən 68 namizəd isə baş nazir postu üçün mübarizə aparacaq

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR