• DÜNYA

    02:30 24 mart 2019

Tailandda sunami təhlükəsi barədə xəbərdarlıq edilib

Hind okeanında qeydə alınmış zəlzələdən sonra Tailandın cənubundakı 6 əyalətdə sunami təhlükəsi haqqında xəbərdarlıq edilib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi Tailandın təbii fəlakətlərin elan edilməsi və aradan qaldırılması departamentinin açıqlamasına əsasən məlumat yayıb.

Bildirilir ki, sunami xəbərdarlığı Hind okeanında 5 və 5,2 bal gücündə qeydə alınmış zəlzələdən sonra Ranonq, Pxuket, Pxanq-Nqa, Krabi, Tranq və Satun bölgələrində edilib.

Yeraltı təkanlar bir-birindən bir neçə dəqiqə vaxt aralığı ilə Pxuket sahillərində qeydə alınıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR