• DÜNYA

    18:51 5 may 2019

“Taliban” Əfqanıstanda polis idarəsinə hücum edib, onlarla ölü və yaralı var

Bu gün “Taiban” silahlıları Əfqanıstanın Pul-e-Kxumri şəhərində polis idarəsinə hücum edib.

ONA-nın “Tolo News” telekanalına istinadən verdiyi məlumata görə, ən azı 40 nəfər ölüb, yaxud ağır yaralanıb.

Telekanalın məlumatına görə, terrorçu-kamikadzenin törətdiyi partlayışdan sonra digər terrorçular binanı atəşə tutublar. Əfqanıstan Daxili İşlər Nazirliyi atışma zamanı 2 silahlının öldürüldüyünü, digərlərinin isə mühasirədə olduğunu açıqlayıb.

“Taliban” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR