Tanzaniyada yanacaq daşıyan yük maşınının qəzaya uğrayaraq yanması nəticəsində 57 nəfər ölüb.
APA-nın "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis məlumat yayıb.
Hadisənin paytaxt Dar-es-Salamdan 200 km qərbdə baş verdiyi bildirilir.
Ölənlərin sayının artacağı istisna edilmir.