• DÜNYA

    14:34 10 oktyabr 2021

Tatarıstanda 11 oktyabr Matəm Günü elan olunub

Təyyarə qəzası ilə bağlı Tatarıstanda 11 oktyabr Matəm Günü elan olunub.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Tatarıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova bildirib.
Qeyd edək ki, bu gün Tatarıstanda paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 6 nəfər yaralanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR