Tatarıstanda qəza zamanı avtomobil aşaraq yanıb, 2-si uşaq olmaqla 4 nəfər ölüb - [color=red]FOTO[/color]
  • DÜNYA

  • 03:21 08 May 2021

Tatarıstanda qəza zamanı avtomobil aşaraq yanıb, 2-si uşaq olmaqla 4 nəfər ölüb - FOTO

Rusiyanın Tatarıstan Respublikasında Aqrız-Krasnı Bor magistral yolunda “Nissan” və “KİA Rio” markalı minik avtomobilləri toqquşub.

APA Rusiya Daxili İşlər Nazirliyinin Regional idarəsinə istinadən xəbər verir ki, ötmə əməliyyatı edən “Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks istiqamətə çıxıb və qarşı tərəfdən gələn “KİA Rio” ilə toqquşub.

Zərbənin gücündən yoldan çıxan “Nissan” aşaraq alovlanıb. Hadisə nəticəsində “Nissanın” sürücüsü, “KİA Rio”da olan bir qadın və iki azyaşlı uşaq ölüb.

Digər sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR