Bu gün Tayvanın şimal-şərq sahillərində 6,1 maqnitudalı zəlzələ olub.
ONA-nın xəbərinə görə, bu barədə Tayvan Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı İlan yaşayış məntəqəsindən 86.5 km uzaqlıqda, 53,2 km dərinlikdə yerləşib. Zəlzələ Xualyan, İlan, Taydun, Nantou, Yunlin rayonlarında, o cümlədən bir sıra şəhərlərdə hiss edilib.
Dağıntı və tələfat, o cümlədən sunami təhlükəsi barədə məlumat daxil olmayıb.