Bu gün Tayvanda yeni tip koronovirusdan ilk ölüm faktı qeydə alınıb.
ONA-nın xəbərinə görə, bu barədə Tayvan Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.
Həyatını itirən 60 yaşlı kişi son zamanlar nə koronavirusun yayıldığı Çinin Hubey əyalətində olub, nə də bu regiondan gələnlərlə ünsiyyətdə olub.
Hazırda həmin şəxsin virusa necə yoluxduğu araşdırılır.
Qeyd edək ki, Çin 321 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına Hubey əyalətinin inzibati mərkəzi Vuhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinin yayıldığı barədə məlumat yverib. Mütəxəssislər bunun yeni tip koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.
Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb, 1665 nəfər ölüb.