"Cathay Dragon" aviaşirkətinə məxsus təyyarə mühərrikin tüstülənməsi ucbatından Tayvana məcburi eniş edib.
ONA TASS-a istinadən xəbər verir ki, 317 sərnişini olan təyyarə Honkonqa uçurmuş.
Tayvanın Qaosyun şəhərinin hava limanından qalxan təyyarənin sağ mühərrikində tüstülənmə baş verib.
Pilotlar dənizin üzərində yanacağı boşaldı, təyyarəni hava limanına endirə biliblər.
Hadisənin quş sürüsü ilə toqquşma nəticəsində baş verdiyi ehtimal olunur.