“Əminəm ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işindən tezliklə nəticə hasil olacaq və bu məsələ həllini tapacaq”.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze deyib. O, bildirib ki, məbədlə bağlı bir sıra çətinliklər var: “Azərbaycan müxtəlif sahələrdə və istiqamətlərdə bizim strateji tərəfdaşımızdır. Biz bu həssas məsələnin və problemin həlli üçün əlimizdən gələn hər şeyi etməliyik. Əminəm ki, komissiya tezliklə çox vacib bir qərar qəbul etməyə nail olacaq”.