• DÜNYA

    16:09 25 may 2019

Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində “Dostluq” adlı sərgi açılıb

Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan və Gürcüstanın Respublika günü ilə əlaqədar “Dostluq” adlı sərgi açılıb.

Muzeyin direktoru Leyla Əliyeva ONA-nın yerli bürosuna bildirib ki, azərbaycanlı, gürcü rəssam və fotoqrafların əsərlərinin nümayiş edildiyi sərginin məqsədi iki ölkənin xalqlarının mədəni müstəvidə inteqrasiyasına tövhə verməkdir.

Sərgiyə ümumilikdə 60-a qədər əsər təqdim edilib. Onlardan 23-ü yağlı boya ilə çəkilmiş rəsm əsərləridir. Rəsm əsərlərinin müəllifi azərbaycanlı rəssam Sevda Əbilovadır. Sərgiyə təqdim edilən fotoların müəllifi isə gürcü fotoqraf Xuba Bokuçavadır.

Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan Rəssamlar Birliyinin sədri və iş adamları iştirak edib.

Sərgi mayın 28-dək davam edəcək.

Səid

Teqlər:

SON XƏBƏRLƏR