Tbilisidə Azərbaycan, Rusiya və Gürcüstan Elektrik enerjisi operatorlarının (GSE, Azərenerji və COEES) birgə işçi qrupunun iclası keçirilib.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda elektrik enerjisi ötürülməsinin yaxşılaşdırılması mexanizmləri və bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib.